CƏMİYYƏT


İnsanlığa qarşı törədilən Xocalı cinayəti öz hüquqi qiymətini almalıdır

Fevralın 24-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva bildirib ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib.