Xocalı soyqırımı qurbanlarının xatirəsi anılır
26.02.2023 [14:39]
Tariximizin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımından 31 il ötür. Dəhşətli qətliamın ildönümü ilə bağlı fevralın 26-da Bakının Xətai rayonundakı Xocalı soyqırımı abidəsi ziyarət olunur. Səhər saatlarından başlayaraq minlərlə insan abidənin önünə gül düzərək faciə qurbanlarının xatirəsini yad edir.