Dumanlı hava bu tarixədək davam edəcək
27.02.2023 [19:15]
Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Bunu AZƏRTAC-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O, dumanlı hava şəraitinin fasilələrlə martın 1-i axşamadək davam edəcəyini qeyd edib.