Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parisdə Azərbaycanın nəqliyyat imkanlarından danışılıb

27.02.2023 [20:02]

Xəbərin mətni

Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OCED) mənzil qərargahında Beynəlxalq Nəqliyyat Forumu (İTF) çərçivəsində Azərbaycanın nəqliyyat imkanlarından danışılıb.
AZƏRTAC xəbər verir ki, OCED-nin mənzil qərargahında Azərbaycanın Avropa və Asiya arasında davamlı nəqliyyat kommunikasiyasında roluna həsr edilmiş “Azərbaycan - qitələri birləşdirən ölkə” adlı konfrans keçirilib.