Azərbaycan Dövlət İnformasiya Agentliyi

Doğru xəbərin dəyişməz ünvanı AZƏRTAC 103 yaşında

01.03.2023 [14:28]

Xəbərin mətni

Bu gün Azərbaycanın ilk milli xəbər agentliyinin - AZƏRTAC-ın 103 yaşı tamam olur. Bir əsrdən çoxdur ki, AZƏRTAC respublikamızın salnaməsini yazır - günbəgün, aybaay, ilbəil. İllər bir-birini əvəz etsə də, zaman dəyişsə də, AZƏRTAC doğru, dürüst və obyektiv xəbərin dəyişməz ünvanı olaraq qalır.