CƏMİYYƏT
Xaçmazda 10 yaşayış məntəqəsinin yolu yenidən qurulur
07.03.2023 [13:37]
Xaçmaz rayonu Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 20-ci kilometrdən ayrılan Hülövlü-Sərkərli-Alıcqışlaq-Qədimalıqışlaq-Rəhimova avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYA) tərəfindən yenidən qurulur.
AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, avtomobil yolu təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yol hazırda 4-cü texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilir. Ümumi uzunluğu 30 kilometr təşkil edən yolun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
06.06.2023 [15:32]
03.06.2023 [21:02]
03.06.2023 [20:22]
07.06.2023 [14:53]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]
08.06.2023 [05:24]
08.06.2023 [04:07]