CƏMİYYƏT


Sabah Bakıya yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi ərazilərində intensiv olacağı ehtimalı var. Axşama doğru yağıntı tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-7°, gündüz 8-12° isti olacaq.