İQTİSADİYYAT


Azərbaycana xarici investisiya yatırımları artıb

Azərbaycanın öz əzəli və əbədi torpaqlarını düşməndən azad etdikdən sonra, bu ərazilərdə başlayan quruculuq işləri elə həmin torpaqlara investisiya qoyulmasına səbəb oldu. Nəticədə ölkəyə yeni investorlar axını başladı. Kapital qoyuluşları bu gün daha çoxşaxəli olaraq iqtisadiyyatın daha geniş sektorlarını əhatə etdi. İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, Azərbaycanda neft sektoruna qoyulan investisiyalar azalsa da, bu sahənin üstünlüyü hələ də qalmaqdadır.