İQTİSADİYYAT


Braziliyadan iki yeni tütün sortu gətiririlib

Builki mövsümdə “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 657,2 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi nəzərdə tutulur. Tütün istehsalı ilə əlaqədar cəmiyyət tərəfindən 71 fermerlə müqavilə bağlanılıb. Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr 593,2 hektar təşkil edir. Eyni zamanda, şirkətin özünə məxsus 64 hektar sahədə də tütün əkilməsi nəzərdə tutulur.