İQTİSADİYYAT


Novruz yarmarkaları fəaliyyətə başladı

Bu gündən paytaxtın müxtəlif yerlərində Novruz bayramı ilə bağlı “Kənddən şəhərə” yarmarkaları təşkil olunub. Yarmarkaların təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək və fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır. Aqrar Tədarük və təchizat İdarəsinin nümayəndəsi Qalib Bəhrəmov AZƏRTAC-a bildirdi ki, yarmarkada ümumilikdə 50 regiondan 82 fermer iştirak edir. Fermerlər 90-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.