Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropanın enerji təminatında ölkəmizin rolu

13.03.2023 [15:52]

Son illər Azərbaycanın Avropanın enerji təminatında rolunun yalnız neftlə deyil, eyni zamanda, mavi qaz ixracatı ilə də artması müşahidə olunur. Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. Milli Məclisin deputatı Azərbaycanla əməkdaşlıq üçün müraciət edən ölkələrin sayının artdığını və gələcəkdə Azərbaycanın bu sahədə əldə edəcəyi gəliri açıqlayıb.