Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yenikənd-Biləsuvar avtomobil yolu yenidən qurulur

13.03.2023 [16:40]

Xəbərin mətni

M3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, 2-ci texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilən yolun uzunluğu 71 kilometr təşkil edir. Avtomobil yolu 2 hərəkət zolaqlıdır, ümumi eni 15 metrə qədər genişləndirilir, bura 7.5 metr hərəkət hissə daxildir.