İQTİSADİYYAT


Ölkəmizdə kərə yağının qiyməti artıb

Sosial şəbəkələrdə kərə yağlarının qiymətinin artması ilə bağlı məlumatlar hər gün dərc olunmaqdadır. İnsanlar qiymətin artmasını isə bir neçə amillə əlaqələndirirlər. Bəziləri məsələni nəqliyyat xərclərinin artması, digərləri isə heyvandarlığın azalması ilə bağlayır. Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov isə bildirir ki, ölkəmizdə qiymət artımı daha çox xaricdən idxal edilən məhsullarda qeydə alındı ki, kərə yağı da bu məhsullar siyahısına daxildir.