CƏMİYYƏT


GL şirkətinin Türkiyəyə göndərdiyi humanitar dəstək fəlakət bölgəsinə çatıb

Azərbaycanın ilk özəl enerji şirkəti GL LTD (GL) Türkiyədə təbii fəlakətin dağıdıcı təsirlərinin aradan qaldırılmasına töhfə vermək üçün qardaş ölkəyə humanitar yardım göndərib.
AZƏRTAC xəbər verir ki, GL və onun iştirak paylarına sahib olduğu şirkətlərdə – “GL Technical Services”, “Taghiyev Operating Company” və “Salyan Oil Limited”də çalışan 1600-ə yaxın əməkdaş da zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasına dəstək olmaq üçün könüllü ianələr ediblər.