İQTİSADİYYAT


“Xanoba” buraxılış məntəqəsi bu gündən istifadəyə veriləcək

Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" dövlət sərhədindən buraxılış məntəqəsi yenidən inşa olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 17-dən etibarən gömrük-keçid məntəqəsinin tam istifadəyə verilir. Bu münasibətlə təşkil olunan açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və digər rəsmi şəxslər iştirak edirlər.