Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Xanoba” buraxılış məntəqəsi istifadəyə verilib

17.03.2023 [17:23]

Xəbərin mətni

Martın 17-də Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsi istifadəyə verilib. “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsində tikinti işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Dağıstan Respublikası Hökumətinin sədri Abdulmüslüm Abdulmüslümov və digər rəsmi şəxslər iştirak ediblər.