İQTİSADİYYAT


Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 97-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı iclasda Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.
Qırğız Respublikasının sədrliyi ilə keçirilən iclas nümayəndə heyətlərinin məhdud tərkibdə görüşü ilə başlayıb. Görüşdə MDB-də iqtisadi əməkdaşlığın aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb. MDB-nin aqrar-sənaye kompleksi üzrə Hökumətlərarası Şurasının 2019–2022-ci illərdə fəaliyyəti və Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının növbəti iclasının keçirilməsi məsələləri müzakirə olunub.