CƏMİYYƏT
DYP tətildən qayıdan sürücülərə müraciət edib
Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi səfərdən dönən yol hərəkəti iştirakçılarına müraciət edib.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, Novruz bayramı ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması avtomobil yollarında nəqliyyat vasitələrinin sıxlığının və hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artırmasına səbəb olub.
Tətil günlərinin yol qəzası nəticəsində yaranan arzuolunmaz hadisələr fonunda bitməməsi üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək onlardan təhlükəsizlik qaydalarına əməl etməyi, yorğun və yuxusuz vəziyyətdə nəqliyyat vasitəsi idarə etməkdən çəkinməyi və belə hallara yol verən sürücülərə qarşı biganə qalmamağı xahiş edir.