Ramazan ayında düzgün və balanslı qidalanma
25.03.2023 [18:16]
Artıq iki gündür ki, müqəddəs Ramazan ayı başlayıb. Bu ay ərzində oruc tutan hər bir kəsi maraqlandıran məsələlərdən biri də düzgün qidalanmadır. Həkim-dietoloq Şəfa Yadigarova deyir ki, orucluq zamanı qida qəbulunda imsaka daha çox önəm verilməlidir. İftar zamanı isə, birinci və ikinci yemək arasında 15-20 dəqiqə fasilə olmalıdır.