İDMAN


"Qarabağ"-"Qalatasaray" oyun öncəsi CANLI

Bu gün Bakıda "Qarabağ" və "Qalatasaray" komandaları arasında xeyriyyə matçı keçiriləcək.
Qarşılaşma saat 20:00-da başlayacaq.
Oyunu FIFA referisi Əliyar Ağayev idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. VAR hakimləri isə Cavid Cəlilov və Müslüm Əliyev olacaqlar.
Görüşdən əldə olunacaq gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.