CƏMİYYƏT
Qeyri-islam dini icmalarının nümayəndələri Qubaya səfər ediblər
28.03.2023 [18:12]
Martın 28-də qeyri-islam dini icmalarının nümayəndələri və onların dəvəti ilə ölkəmizə gələn xarici qonaqlar Qubaya səfər ediblər. Səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə reallaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımının 105-ci ildönümü ilə əlaqədar təşkil olunan səfər çərçivəsində qonaqlar əvvəlcə Qubada dağ yəhudilərinin yığcam şəkildə yaşadıqları Qırmızı qəsəbədə yerli icma nümayəndələri ilə görüşüb, burada Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi və “Giləki” sinaqoqu ilə yaxından tanış olublar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
30.05.2023 [15:07]
29.05.2023 [21:54]