CƏMİYYƏT


Sabah paytaxtda 23, bölgələrdə 28 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 18-23° isti olacaq.