SİYASƏT


Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib.
Təlimdə qısa müddət ərzində yerdəyişmə edərək atəş mövqelərinin tutulması, minaatan və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər məşq etdirilib.
Praktiki atışların icrası zamanı təyin edilmiş hədəflər yüksək dəqiqliklə məhv edilib və qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.