CƏMİYYƏT


Şirvanda dələduzluq edən qadın tutulub

Martın 26-da Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 50000 ABŞ dolları və 15000 manat pulun oğurlanması barədə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar polis əməkdaşları həmin ünvanda olublar və müvafiq araşdırmalar aparılıb. Araşdırmalar zamanı həmin pulların oğurlanmadığı, Bakı şəhər sakini olan bir qadın tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Baş Cinayət Axtarış İdarəsinin və Şirvan ŞPŞ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Günəş Qasımova saxlanılaraq istintaqa təqdim olunub.
Dindirilmə zamanı həmin qadın cinayət əməlini etiraf edib.