Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şamaxıda üç yaşayış məntəqəsinin yolu yenidən qurulur

06.04.2023 [14:45]

Xəbərin mətni

Şamaxı rayonunda Məlcək-Mirikənd-Qaravəlli avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən yenidən qurulur.
Hazırda üç yaşayış məntəqəsini birləşdirən avtomobil yolu IV texniki dərəcəyə uyğun təkmilləşdirilir. Ümumi uzunluğu 4 kilometr olan yolun hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir.
Layihə çərçivəsində yolboyu hazırda torpaq işləri, qazma, əks-dolğu və köhnə örtüyün frezlənməsi işləri icra olunur. Texnoloji ardıcıllığa uyğun daha sonra yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək.