CƏMİYYƏT
Sürücülərin nəzərinə: Paytaxtın mərkəzi dairəsi bağlandı
07.04.2023 [17:31]
Bakının Azneft dairəsində hərəkət məhdudlaşdırılıb. Belə ki, təmir işləri ilə əlaqədar bu gün saat 16:00-dan sabah günün sonunadək ərazi bağlı olacaq.
Bu barədə AZƏRTAC-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli açıqlama verib. O bildirib ki, paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir-bərpa işləri aparılır: “Belə ki, bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq. Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
31.05.2023 [14:20]
31.05.2023 [12:54]
31.05.2023 [10:46]
29.05.2023 [21:54]
31.05.2023 [14:55]
31.05.2023 [14:49]
31.05.2023 [14:47]