CƏMİYYƏT


Yol hərəkəti qaydalarını pozanlara 203 inzibati protokol tərtib edilib

Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ötən gün yol hərəkəti qaydalarının sürücü və piyadalar arasında təbliğinin daha da gücləndirilməsinə həsr olunan maarifləndirici tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı qadağan olunmuş saatlarda ağır tonnajlı yük avtomobilləri ilə yola çıxan, nəqliyyat vasitələrini səkilərdə, piyada keçidlərinin üzərində saxlayan sürücülər, həmçinin yolu təyin olunmamış yerdən keçən piyadalar aşkar olunub.
Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tədbir zamanı avtobusu dayanacaqdan kənarda saxlayan sürücülərlə də profilaktik söhbətlər aparıblar. Avtobus sürücülərinin diqqətinə çatdırılıb ki, sərnişin düşürən və mindirən zaman yollarda sıxlığın yaranmaması üçün nəqliyyat vasitələri ancaq müəyyən olunmuş dayanacaqlarda saxlanılmalıdır.