CƏMİYYƏT


50-dən çox insanın həyatını xilas edən qan donoru

Ölkəmizdə qanazlığından əziyyət çəkənlər az deyil. Bəzilərində bu xəstəlik irsi, bir çox şəxslərdə isə sonradan yaranır. Bu xəstəlikdən əziyyət çəkənlərə yardım edən qan donorlarımız da var. Onlardan biri də sosial şəbəkələrdə qan xeyriyyəçisi kimi tanınan və indiyə qədər donorluqla 50-ə yaxın insanın həyatını xilas edən Sərdar Yusif oğludur. Gənc yaşlarında özü də qan azlığından əziyyət çəkən Sərdar bəy, sonradan müalicələr sayəsində sağalıb. Sərdar bəyin sözlərinə görə, qan vermək xeyriyyə işi olmaqla yanaşı, həm də insan sağlamlığına da faydalıdır.