CƏMİYYƏT


Tovuzda iki avtomobil toqquşub, bir nəfər yaralanıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil “VAZ 2107” markalı avtomobillə toqquşub.
Nəticədə “VAZ 2107” yol kənarındakı avtomobil sexinə çırpılıb. Avtomobildə olan sərnişin, Tovuz rayon sakini 22 yaşlı Amil Hüseynov xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır