CƏMİYYƏT
Bu gecədən Azadlıq və Neftçilər prospektlərinin kəsişməsi bağlanır
09.04.2023 [21:42]
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) aprelin 28-30-da təşkil olunacaq Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir.
BŞH-dən AZƏRTAC-a bildiriblər ki, bu gecə saat 22:00-dan etibarən Neftçilər prospekti boyunca beton blokların quraşdırılması səbəbindən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyata bağlı olacaq.
BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
06.06.2023 [15:32]
03.06.2023 [21:02]
03.06.2023 [20:22]
08.06.2023 [19:24]
08.06.2023 [16:39]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]