CƏMİYYƏT


DYP yolun hərəkət hissəsində dayanan avtomobillərin sürücülərinə müraciət edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsi yolun hərəkət hissəsində dayanan avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib.
İdarədən AZƏRTAC-a verilən məlumata görə, müraciətdə deyilir: “Aparılan təhlillər deməyə əsas verir ki, xüsusilə yaşayış məntəqələrindən kənarda nəqliyyat vasitələrinin təhlükəsizlik qaydalarına əməl etmədən yolun hərəkət hissəsində dayandırılması ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının baş verməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.