İDMAN


“Sərhədçi” Atçılıq Mərkəzində konkur yarışları keçirilib

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, “E”, “L” və “M**” kateqoriyaları üzrə təşkil olunan “Sərhədçi” kuboku turnirində Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak edib.
İlk yarış 14 aprel tarixdə saat 12:00-da başlamışdır. “E” kateqoriyası üzrə 80 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır