MƏDƏNİYYƏT


Masallıda xalçaçılıq sənəti gənclərə öyrədilir

Nənələrimizdən yadigar qalan xalçaçılıq ənənəsi bu gün də davam etdirilir. Peşəkar xalçaçılar ilmələrin sirlərini gənclərə, xanımlara öyrədirlər. Bu sənəti yaşadanlardan biri də Masallı sakini Tünzalə Abuzərovadır. Onun yetirmələri arasında şəhid və qazi ailələri, habelə həssas qrupdan olan xanımlar da var.