MƏDƏNİYYƏT


“Babalar” qrupu - ən kiçiyi 50 yaşında

Lənkəranda iki ildir ki, fəaliyyət göstərən “Babalar” folklor və rəqs ansamblı tez bir zamanda hər kəs tərəfindən tanındı və sevildi. Bu qrupun yaradılmasının əsas məqsədi xalq mahnılarımızın, milli rəqslərimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsidir. Yeni yaradılmasına baxmayaraq, 9 nəfərin qatıldığı qrup təkcə mədəniyyət tədbirlərində deyil, müxtəlif festivallarda da iştirak edir.