ELM VƏ TƏHSİL
Sınıq qapılar, çürümüş döşəmələr - Lənkəranda uçuq məktəbə yeni bina söz veriblər
24.04.2023 [15:14]
Xəbərin mətni
Yararsız sinif otaqları, çürüyən taxta döşəmələr, sınıq qapılar hər gün məktəb şagirdlərinin gördüyü mənzərədir… Söhbət Lənkəran rayon Boladi kənd 2 nömrəli tam orta məktəbindən gedir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəraitsiz vəziyyətdə olan bina 1964-cü ildə tikilib. 1968-ci ildən isə 8 illik məktəb kimi fəaliyyətə başlayıb. Sonradan təhsil ocağına tam orta məktəb statusu verilib.
Məktəb binası 2 korpusdan və 21 otaqdan ibarətdir. Ancaq problem ondadır ki, hazırda 220 şagird təhlükəli şəraitdə təhsil almaq məcburiyyətindədir. Çünki məktəb qəzalı vəziyyətdədir. Yağış yağanda sinif otaqlarına su damır. Məktəb binasının hər an uçmaq təhlükəsi var.