Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nik de Vris Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turunda qəza törədib

28.04.2023 [18:47]

Xəbərin mətni

“Alpha Tauri” komandasının pilotu Nik de Vris Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turunda mübarizəni dayandırıb.
AZƏRTAC xəbər verir ki, pilotun bolidi təhlükəsizlik səddinə çırpılıb və yararsız hala gəlib.
Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir.
Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotlar qalib gəlib. Azərbaycan Qran-Prisinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. Formula 1 mütəxəssisləri buna “Bakı sindromu” adı veriblər.