ELM VƏ TƏHSİL


Landini traktor hekayəsi - Rektorumuzun ad günündə gənclərimizə hədiyyəsi

ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal rektor Hafiz Paşayevin doğum günündə Universitetlə bağlı yenilikləri ADA icması ilə hekayə kimi bölüşüb. AZƏRTAC “Landini traktor hekayəsi - Rektorumuzun ad günündə gənclərimizə hədiyyəsi” adlı hekayəni təqdim edir.
Hər yeni başlanğıcın bizə “məhz bu o andır” hissini yaşadan bir məqamı olur. Bu bir inam və nikbinlik qığılcımını alovlandıran, həqiqətən də, xəyalların real ola biləcəyini təsdiqləyən həmin andır. Çox vaxt liderlər tərəfindən yaradılan bu təşviqedici anlar hər kəsi bir vəzifə və yaxud məqsəd ətrafında birləşməyə sövq edir.