RƏSMİ


Şuşanın Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməli qoyulub

Mayın 9-da Şuşa şəhərinin Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməli qoyulub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qarabağ və Sadıqcan küçələrində görüləcək işlər barədə məlumat verildi.
Bildirildi ki, Qarabağ küçəsində inşa ediləcək yaşayış binasının ümumi sahəsi 5400 kvadratmetr olacaq. Dörd mərtəbədən və zirzəmi qatından ibarət binada yerləşəcək mənzillərdən 24-ü ikiotaqlı, 6-sı isə üçotaqlıdır.