İDMAN


"Beşiktaş" futbol klubu Bakıda CANLI

Xeyriyyə oyununda "Sabah"ın qonağı olacaq Türkiyənin "Beşiktaş" klubu Bakıya gəlib.
Komandanı hava limanında çoxsaylı azarkeşlər qarşılayıblar.
Qeyd edək ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Sabah" - "Beşiktaş" matçına saat 18:00-da start veriləcək. Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.