RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan parlamentinin sədrini qəbul edib YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini dedi və parlamentlərarası əlaqələr sahəsində səmərəli əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu bildirdi.