RƏSMİ


Prezident İlham Əliyev Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Mixail Myasnikoviçi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Mixail Myasnikoviç Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı, Ulu Öndərin böyük tarixi şəxsiyyət kimi Azərbaycanın inkişafında müstəsna rolunu qeyd etdi.