İDMAN
DÇ-2026-nın loqosu təqdim olundu
18.05.2023 [12:28]
FIFA 2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının loqosunu təqdim edib. Məlumat FIFA-nın rəsmi sosial şəbəkə hesablarında dərc edilib. Yeni loqoya kubokun təsviri və yarışın keçiriləcəyi il işlənilib. Loqonun təqdimatı Los-Anceles şəhərində ABŞ, Kanada və Meksikadan olan xüsusi qonaqların iştirakı ilə gerçəkləşib. Qeyd edək ki, mundial elə bu üç ölkədə baş tutacaq. Final mərhələsinə ilk dəfə olaraq 48 komanda qatılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
03.06.2023 [21:02]
03.06.2023 [20:22]
04.06.2023 [15:36]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]