SİYASƏT


Vüqar Əliyev: Azərbaycan və Rusiya media nümayəndələrinin görüşü informasiya məkanının zənginləşməsinə töhfə verəcək

“Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual məsələləri” mövzusunda keçirilən dəyirmi masa iki ölkənin media strukturları arasında əməkdaşlığın inkişafına töhfə verəcək.
Bu fikri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev jurnalistlərə açıqlamasında söyləyib.
“Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual məsələləri” mövzusunda TASS agentliyində keçirilən dəyirmi masada hər iki ölkənin aparıcı media strukturlarının nümayəndələri iştirak ediblər. Kifayət qədər dolğun, məhsuldar bir görüş oldu. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə TASS agentliyinin binası önündə təşkil olunmuş fotosərgi xüsusi maraq doğurdu. İştirakçıların bir çoxu Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşdülər, Ulu Öndərin mətbuata dəstək və qayğısından danışdılar”, - deyə Vüqar Əliyev bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır