SİYASƏT


Azərbaycanın Müstəqillik Günü və Ulu Öndərin 100 illiyi Mexikoda qeyd olunub

Azərbaycanın müstəqilliyinin 105-ci və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Meksikada rəsmi qəbul təşkil olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, bu ölkənin Xarici İşlər Nazirliyi, Milli Konqres, Senat və digər dövlət və hökumət qurumlarının rəsmiləri, ölkədə akkreditə olunmuş diplomatik korpus nümayəndələri, yerli KİV təmsilçiləri, işgüzar və elmi dairələr, gənclər və icma təşkilatları üzvlərinin, həmçinin bu ölkədə yaşayan həmvətənlərimizin iştirakı ilə baş tutmuş mərasimdə çıxış edən səfir Məmməd Talıbov qonaqlara Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğu barədə məlumat verib.