SİYASƏT


Prezidentdən Paşinyana tutarlı cavab: Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı deyib.
“Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur və mənim sözlərimdə bu iddiaları görmək üçün çılğın fantaziya sahibi olmaq lazımdır. Dəhliz məsələsinə gəlincə, mən bu ifadədən Şimal-Cənub və Şərq-Qərb dəhlizlərindən danışarkən də istifadə edirəm. Dəhliz ifadəsi kiminsə ərazisinə iddia etmək anlamına gəlmir. Dəhliz ifadəsi beynəlxalq termindir. Beynəlxalq terminologiya ilə tanış olan şəxslər bu sözün mənasını Ermənistanın baş naziri Nikol Paşinyanın anladığı kimi qəbul etmirlər.”