CƏMİYYƏT


Sumqayıtda Psixiatriya Xəstəxanasından 46 min manatlıq oğurluq edilib

Sumqayıt şəhərində yerləşən Psixiatriya Xəstəxanasından oğurluq edilib. Naməlum şəxs və ya şəxslər 15-16 may tarixləri arasında xəstəxananın pəncərəsinin dəmir barmaqlıqlarını qıraraq içəridən ümumi dəyəri 46 min manat olan kompüter avadanlıqları, yaddaş qurğuları, tibbi ləvazimatlar və digər elektron avadanlıqlar oğurlayıblar. Xəstəxanadan daxil olan məlumat əsasında dərhal Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalara başlanılıb. Hadisə yerinə baxış keçirilib müvafiq istinaq hərərkətləri icra edilib. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri Ziyəddin Qəmbərov və Azər Qasımov qısa müddətdə saxlanılaraq istintaqa təqdim olunublar. Hər iki şəxs ifadələrində etdikləri oğurluq hadisəsini etiraf ediblər.