Özbəkistanda 28 May - Müstəqillik Günü qeyd olunub
27.05.2023 [10:45]
Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü münasibətilə “Wyndham Tashkent” otelində rəsmi qəbul, bayram tədbiri keçirilib.
Tədbirdə Özbəkistan Respublikası baş nazirinin müavini Cəmşid Xocayev, Dövlət Komitəsinin sədri Fuad Muradov, dövlət və hökumət nümayəndələri, çoxsaylı səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.