Peru Konqresində Ümummilli Liderin 100 illiyi və Müstəqillik Günü qeyd edilib
27.05.2023 [11:53]
Xəbərin mətni
Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun dəstəyi ilə Peru Konqresində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 105-ci ildönümünə - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Peru Konqresinin üzvləri, həmin ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər.