CƏMİYYƏT


Lənkəran sahilləri tullantılardan təmizlənib

Lənkəran sakinləri dəniz mövzümünün açılması ilə əlaqədər çimərlik ərazisində iməcilik keçirib. Gənclərin daha çox iştirak etdiyi iməcilikdə şəhər sakinləri ilə yanaşı müxtəlif dövlət qurumları və təşkilatların könüllüləri də iştirak edib. Onlar həmyerlilərini və şəhərin qonaqlarını çimərliyə gələrkən daha diqqətli olmağa, ətrafı təmiz saxlamağa və tullantıları mütləq nəzərdə tutulan qablara atmağa çağırıb.