Yurda qayıdış: Laçınlılar evlərinə qayıtdı
29.05.2023 [19:11]
Xəbərin mətni
Mayın 28-də laçınlıların doğma yurda qayıdışı başlayıb. Təxminən 31 ildən sonra ata-baba ocağına qayıdışın sevincini yaşayan laçınlılar təəssüratlarını AZƏRTAC-la bölüşüblər. Onun üçün 31 ildən sonra öz dədə baba yurduna qayıtmaqdan qiymətli heç nəyin olmadığını söyləyir Ruqiyyə Xəlilova.